Bayraqdarlarımızın adları açıqlandı

  Bayraqdarlarımızın adları açıqlandı

Oktyabrın 24-də Bəhreynin paytaxtı Manama şəhərində Gimnaziada İdman Oyunlarının açılış mərasimi keçiriləcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan bayrağını paraüzgüçü Əli Vəliyev və taekvondoçu Xuraman Cavadzadə daşıyacaqlar.

Oyunlar 10 gün ərzində keçiriləcək və 25 idman növü üzrə 80-dən çox ölkədən 5 min məktəbli iştirak edəcək.

Bütün dünya məktəbliləri üçün kiçik Olimpiya Oyunları hesab edilən Gimnaziada Oktyabrın 23-31-də baş tutacaq.