"Şəki" "Cəlilabad" səfərində

  "Şəki" "Cəlilabad" səfərində

Azərbaycan Basketbol Liqasında (ABL) 13-cü turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, üçüncü oyun günündə 1 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.

Tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.

Baş tutan digər duellərdə "Xırdalan" "Gəncə"ni (93:87), "Sabah" "Sərhədçi"ni (96:71), "Neftçi" "Sumqayıt"ı (113:96) məğlub edib.

Azərbaycan Basketbol Liqası. 13-cü tur

14:00 "Cəlilabad" - "Şəki"