Cüdoçumuz Vüsal Qələndərzadə dünya çempionu olub!

Cüdoçumuz Vüsal Qələndərzadə dünya çempionu olub!

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatında qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, 73 kq çəkidə yarışan idmançımız bütün rəqiblərindən güclü olub.

O, qızıl medal döyüşündə ABŞ təmsilçisi Cek Yonezukaya qalib gəlib.

Bu gün tatamiyə çıxan Süleyman Əliyev (73) və Fidan Əlizadə (57 kq) isə mundialı medalsız başa vurublar.

Qeyd edək ki, dünən Nizami İmranov (60 kq) gümüş medal əldə edib.