Atıcılarımız Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

Atıcılarımız Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

Azərbaycan atıcıları Qətərin paytaxtı Dohada keçiriləcək Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər.

Mediasport.az xəbər verir ki, səngər stendi (trap) komandasının üzvləri Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Rəna Ələskərova və Əlimirzə Quliyev yarışda qüvvələrini sınayacaqlar.

Bu gün startı veriləcək stend atıcılığı üzrə Olimpiya Təsnifat Çempionatı aprelin 29-dək davam edəcək.