FOTO: İngilislərin yaratdığı klub Azərbaycan çempionatına buraxıldı

FOTO: İngilislərin yaratdığı klub Azərbaycan çempionatına buraxıldı

Bakıdakı müxtəlif şirkətlərdə çalışan britaniyalıların yaratdığı "Bayıl Rovers" AFFA tərəfindən qeydiyyata alınıb.

Mediasport.az xəbər verir ki, komanda ilk dəfə federasiyanın bayrağı altında keçirilən çempionatda mübarizə aparacaq.

Təqribən 20 il öncə əcnəbi işçilərin formalaşdırdığı klub növbəti mövsümdən etibarən Region Liqasında qüvvəsini sınayacaq.

"Bayıl Rovers" paytaxt zonasının iştirakçıları sırasında yer alacaq.