AFFA Region Liqasında bürünc medalların sahibi müəyyənləşib
AFFA Region Liqasında 3-cü yer uğrunda oyun keçirilib.
Mediasport.az xəbər verir ki, “Göyəzən” və “Ümid” komandaları üz-üzə gəliblər.
“ASCO Arena”da baş tutan görüşdə 7:2 hesablı qələbə qazanan “Ümid” kollektivi bürünc medallara sahib olub.
Medalları komandaya veteran futbolçu, milli komandanın skautu İlqar Qurbanov təqdim edib.
Qeyd edək ki, AFFA Region Liqasında final oyunu mayın 24-də Şamaxı şəhər stadionunda “Şimal” və “Hypers” komandaları arasında keçiriləcək.