Daha iki güləşçimiz dünya çempionatında medal qazandı
Azərbaycanın iki yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında medal qazanıb.
Mediasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan Rəşad Məmmədov yalnız finalda məğlub olaraq gümüş mükafatla kifayətlənib.
77 kq-da yarışan Xasay Həsənli isə bürünc medal görüşündə gürcüstanlı Temuri Orjonikidzedən üstün olub - 7:1.
Bu, ölkəmizin mundialda əldə etdiyi 3-cü medal olub.
Daha əvvəl 60 kq-da Nihad Quluzadə də 3-cü yeri tutmuşdu.