Hər iki idmançı dünya çempionu elan edilib - Güləş tarixində İLK
Ümumdünya Güləş Birliyi (UWW) dünya idmanı tarixində qeyri-adi ilkə imza atıb.
Mediasport.az xəbər verir ki, UWW sentyabrda Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının finalında Türkiyə idmançısı Əli Çingizin (87 kq) finalda Macarıstan güləşçisi David Loşonsi (8:7) üzərində qalibiyyəti ilə başa çatan dueli barədə fərqli qərar qəbul edib.
Qurum Macarıstan Güləş Federasiyasının görüşün nəticəsinə etirazını araşdırıb.
İcraiyyə Komitəsi finalın videoyazısına baxıb və müəyyən edilib ki, hakim son saniyələrdə nəticəyə təsir edən səhvə yol verməklə macar idmançının üstünlüyünü qeydə almayıb.
UWW bu səbəbdən türkiyəli güləşçi ilə yanaşı, David Loşonsini də dünya çempionu elan edib.