"Zaqreb Open": Üç yunan-Roma güləşçimiz xalça üzərinə çıxacaq
Bu gün Xorvatiyada keçirilən "Zaqreb Open" turnirində Azərbaycanın daha 3 güləşçisi mübarizəyə qoşulacaq.
Mediasport.az xəbər verir ki, yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq), qadınlardan isə Jalə Əliyeva (57 kq) birincilik uğrunda qüvvəsini sınayacaq.
Öncədən bu növdə Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin, Alyona Kolesnik (59 kq) də "bürünc"ə yiyələnib.