Azərbaycanın Olimpiya çempionu: "Sevincimdən yata bilmirəm”
“Duyğularımı sözlə ifadə etmək çətindir. Özümü çox yaxşı hiss edirəm. Sevincimdən üç gündür yata bilmirəm”.
Mediasport.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev deyib.
100 çəki dərəcəsində çempion olan idmançımız Heydər Əliyev Beynəlxalq Aeroportunda özü üçün təşkil olunan qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlama verib. O, çox xoşbəxt olduğunu bildirib:
"Vətənə qızıl medalla dönmək qürurverici hissdir. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Mənim üçün dua edən, nigaran qalan, dəstəkləyənlərin ümidlərini doğrultduğum üçün də xoşbəxtəm”.