Həsrət Cəfərov Yay Olimpiya Oyunlarına qələbə ilə başladı

Həsrət Cəfərov Yay Olimpiya Oyunlarına qələbə ilə başladı

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Mediasport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/8 final mərhələsində Misirdən olan rəqibi Məhəmməd Elsayedlə qarşılaşıb.

Görüş idmançımızın 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.