Roman Paralimpiya Oyunlarında bu dəfə bürünc medal qazandı

Roman Paralimpiya Oyunlarında bu dəfə bürünc medal qazandı

Azərbaycanın paraüzgüçüsü Roman Saleyin Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalı "bürünc" olub.

Mediasport.az xəbər verir ki, S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst üzmə üsulunda 53.65 nəticə ilə üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, Saley 100 metr məsafəyə arxasıüstə üzmək yarışlarında ikinci olmaqla gümüş medal qazanıb.