Paris-2024: Daha 5 idmançımız medal qazanmağa çalışacaq

 Paris-2024: Daha 5 idmançımız medal qazanmağa çalışacaq

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunları davam edir.

Mediasport.az xəbər verir ki, bu gün Azərbaycanın 5 idmançısı mübarizə aparacaq.

Paraüzgüçü Raman Saley (S12 kateqoriyası) 100 metr məsafəyə sərbəst üsulla bacarığını nümayiş etdirəcək - təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final yarışları 19:30-da keçiriləcək.

Parakamandan oxatmada kişilərin fərdi yarışında Cahan Musayev medal qazanmağa çalışacaq - təmsilçimizin 1/16 final mərhələsində rəqibi iranlı Məhəmməd Rza olacaq.

Paraatıcılar Aybəniz Babayeva və Kamran Zeynalov (hər ikisi P4 kateqoriyası) 50 metr məsafəyə atəş açmaqda bacarıqlarını yoxlayacaqlar - təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final 14:15-də baş tutacaq.

Parapauerliftinqçi Ceyhun Mahmudov (54 kq) Bakı vaxtı ilə saat 20:35-dən etibarən yarışa start verəcək.

Paraatlet Rüfət Rəfiyev (F36 kateqoriyası) isə nüvəitələmə yarışında gücünü yoxlayacaq - yarış Bakı vaxtı ilə saat 21:08-də başlanacaq.

Xatırladaq ki, hazırda Azərbaycan yığmasının aktivində 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası, uzunluğa tullanma), Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc mükafat qazanıblar.

Paralimpiya Oyunları avqustun 8-də yekunlaşacaq.