Azərbaycanın gimnastika millisi olimpiadada ikinci çıxışını göstərib
Azərbaycan gimnastlarından ibarət qrup komandası Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ikinci çıxışını təqdim edib.
Mediasport.az xəbər verir ki, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət yığmamız ilk olaraq halqalarla yarışıb.
Gimnastlarımızın çıxışı münsiflər heyəti tərəfindən 33,850 balla qiymətləndirilib.
Komandamız daha sonra 3 lent və 2 topla bacarığını nümayiş etdirib.
Hakimlər bu dəfə 28,150 xal veriblər. Millimizin aktivində ümumilikdə 62,000 bal var.
Qeyd edək ki, təsnifat mərhələsində 14 yığma mübarizə aparır.
İki hərəkətin cəmində ən yaxşı nəticəyə malik 8 komanda sabah keçiriləcək final raunduna yüksələcək.