Azərbaycanlı futbolçuların Latviyada debütü məğlubiyyətlə yadda qaldı
Azərbaycan futbolçular - Nazim Həsənzadə və Ramin Nəsirli Latviyanın Yüksək Liqasında yarışan “Dauqavpils”in heyətində debüt ediblər.
mediasport.az xəbər verir ki, hər iki futbolçu Latviya çempionatının ilk turunun “Tukums 2000”lə ev görüşündə meydana çıxıb, matç qonaqların qələbəsilə başa çatıb - 1:0.
"Neftçi"nin yetirməsi olan Ramin Nəsirli 88, peşəkar futbola "Sabah"da başlamış Nazim Həsənzadə isə 82 dəqiqə oynayıb.
Həsənzadə “Dauqavpils”ə “Turan Tovuz”dan keçib və mayın 31-nə qədər Latviyada çıxış edəcək. Nəsirli ilin sonuna qədər icarəyə verilib.