"Qarabağ" tərifə layiq komandadır" - Azərbaycan çempionunun 1/4 final ümidlərini puç edən çexiyalı
"Son dəqiqələr bizimçün çılğın keçdi. İlk oyunda olduğu kimi, bu dəfə də sona qədər döyüşməli olduq".
Mediasport.az xəbər verir ki, bu sözləri Almaniyanın "Bayer" klubunun futbolçusu Patrik Şik deyib.
Hər iki görüşdə son dəqiqələrdə vurduğu qollarla komandasını məğlubiyyətdən xilas edən və Ağdam klubunun 1/4 final ümidlərinin üzərindən xət çəkən çexiyalı forvard UEFA-nın rəsmi saytına açıqlama verib.
"Belə oyun, bu cür sonluq gözəldir. "Qarabağ" tərifə layiq komandadır. Bundesliqadakı rəqiblərimizdən fərqli üslubda oynayırlar. Bu, işimizi çətinləşdirdi".
Qeyd edək ki, ilk matçdakı 2:2 hesablı bərabərlikdə və dünən qeydə alınan 3:2 hesabında sonuncu qolları məhz 28 yaşlı hücumçu vurub.