AFFA prezidenti Millətlər Liqasının püşkatmasında olmayacaq
Xəbər verdiyimiz kimi, sabah Fransanın paytaxtı Parisdə futbol üzrə UEFA Milətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
AFFA prezidenti Rövnəq Abdullayev püşkatmaya qatılmayacaq.
Tədbirdə federasiyanın vitse-prezidentləri Elşad Nəsirov, Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.