Səudiyyə Ərəbistanında Kriştianu Ronaldunun muzeyi açılıb

Səudiyyə Ərəbistanında Kriştianu Ronaldunun muzeyi açılıb

Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldunun şərəfinə muzey açılıb.

Mediasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanında istifadəçilərin ixtiyarına verilən muzeyin açılışında 38 yaşlı dünya ulduzu iştirak edib.

Muzey paytaxt "Ər-Riyadda" yerləşir.

Orada "Əl-Nəsr"in forvardının şəxsi əşyaları - köynəkləri, mükafatları, ayaqqabıları, kubokları və medalları, o cümlədən beş “Qızıl top”u nümayiş olunur. Eksponatlar arasında Ronaldunun mum heykəli də yer alıb.