"Neftçi" futbolçusunu geri qaytarır

"Neftçi" futbolçusunu geri qaytarır

"Neftçi" mövsümün sonuna qədər "Turan Tovuz"a icarəyə verdiyi Turan Vəlizadəni geri qaytarmağa hazırlaşır.

mediasport.az xəbər verir ki, Tovuz klubu icarə müddəti başa çatmaqda olan yarımmüdafiəçini heyətdə saxlamaq istəsə də, "ağ-qaralar" hələlik müsbət cavab verməyiblər.

Bir neçə klubun maraqlandığı Vəlizadənin yay təlim-məşq toplanışını "Neftçi"də keçirəcəyi gözlənilir. Paytaxt təmsilçisi ilə anlaşması gələn ilin yayına qədər olan 22 yaşlı futbolçu ilə "Sumqayıt" və "Səbail" də maraqlanır.