"Sabah" penaltilər seriyasında məğlub oldu - Avropa Konfrans Liqası
Tarixində ilk dəfə avrokuboklarda çıxış edən "Sabah" bu gün Serbiyada vacib görüşə çıxıb.
mediasport.az xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Belqradda "Partizan"ın qonağı olub.
Bir həftə əvvəl Bakıda keçirilmiş qarşılaşmada Serbiya nəhəngi üzərində inamlı qələbə qazanan təmsilçimiz 2:0 hesabının üstünlüyündən faydalana bilməyib.
Əsas və əlavə vaxtı meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatdığı üçün ümumi nəticə bərabərləşib və qalib penaltilər seriyasında müəyyənləşib. "Lotereya"larda daha dəqiq olan serblər adlarını pley-offa yazdırıblar.
Avropa Konfrans Liqası. III təsnifat mərhələsi. Cavab oyunu
23:00 "Partizan" (Serbiya) - "Sabah" (Azərbaycan) 2:0 ilk matç - 0:2
Qol: Mateus Saldanya, 30, Bibras Natxo, 58.
Penaltilər seriyası: 5:4
Baş hakim: Bartoş Frankovski (Polşa)
Serbiya, Belqrad, "Stadion Partizana".