Azərbaycanlı yarımmüdafiəçi Ukrayna Premyer Liqasının "ən yaxşısı" seçildi

Azərbaycanlı yarımmüdafiəçi Ukrayna Premyer Liqasının "ən yaxşısı" seçildi

Ukraynada "Aleksandriya" klubunda forma geyinən azərbaycanlı yarımmüdafiəçi Emil Mustafayev Premyer Liqada fevral-mart aylarının ən yaxşı futbolçusu seçilib.

mediasport.az xəbər verir ki, 21 yaşlı həmyerlimiz qış fasiləsindən sonra geridə qalan iki ayda iki qol, iki assistlə yadda qalıb.

2021-ci ildə U-21 yığma komandamızda çıxış etmiş Mustafayev azarkeşlərin səsverməsində rəqiblərini qabaqlayıb.