"Turan Tovuz"un Müşahidə Şurasının sədrindən NƏCİB ADDIM
"Turan Tovuz"un Müşahidə Şurasının sədri Ehtiram Quliyev nəcib addımı ilə diqqət çəkib.
Mediasport.az saytına verilən məlumata görə, "Huner Group" şirkətinin təsisçisi klub əməkdaşları üçün xüsusi mükafat ayırıb.
Klub rəhbərinin tapşırığına əsasən, Qurban və Ramazan bayramlarında ştatda olan bütün işçilərin hər birinə mükafat veriləcək.
Qərar akademiyanın məşqçi və personalından tutmuş stadionun bağban və fəhləsinə qədər hər kəsə şamil edilir.
Ən son bu yay qeyd edilən Qurban bayramında əməkdaşlar 250 manat məbləğində mükafat alıblar.