"Qarabağ"ın oyununa biletlərin qiyməti 8 avrodan başlayacaq

"Qarabağ"ın oyununa biletlərin qiyməti 8 avrodan başlayacaq

Futbol üzrə UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq Almaniyanın “Bayer” klubu ev oyunlarında baş tutacaq cavab matçının biletlərini satışa çıxarır.

Mediasport.az xəbər verir ki, azarkeşlər Azərbaycan çempionu ilə martın 15-də Leverkuzenin "BayArena" stadionunda keçiriləcək görüşün biletlərini sabahdan əldə edə biləcəklər.

Biletlərin satışında üstünlük əvvəlcə klub üzvləri və abunəçilərə veriləcək. Biletlərin qiyməti 8-50 avro təşkil edəcək.

Xatırladaq ki, komandalar arasında ilk duel martın 7-də Bakıda baş tutacaq və saat 21:45-də başlanacaq.