"Şamaxı" üzərində qələbə "Araz-Naxçıvan" üçün əlamətdar olub

"Şamaxı" üzərində qələbə "Araz-Naxçıvan" üçün əlamətdar olub

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 10-cu turunda "Şamaxı"nı məğlub edib (1:0).

Mediasport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi Azərbaycan çempionatlarında 25-ci qələbəsini qazanıb.

Elmar Baxşıyevin komandası Premyer Liqadakı 87-ci görüşündə 25-ci uğura nail olub. 17 ev qələbəsi olan komanda səfərdə 8-ci dəfə 3 xala sevinib.

Naxçıvan klubunun ilk qələbəsi 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il 20 avqustda "Şahdağ"ın (Quba) qonağı olan komanda 1:0 hesabı ilə qalib gəlib.

"Araz-Naxçıvan" ölkə çempionatları tarixində ən azı 25 qələbəsi olan 36-cı komandadır.