"Azərreyl"də 5 yeni müqavilə
Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.
Mediasport.az xəbər verir ki, ölkəmizi Çağırış Kubokunda təmsil edəcək komanda baş məşqçi Cengiz Akarçeşmenin ardınca 5 oyunçu ilə danışıqları müsbət yekunlaşdırıb.
Ötən mövsüm komandanın Azərbaycan çempionluğunu qazanmasında pay sahibi olan blokçu Aynur İmanova, toppaylayıcı Raziyə Əliyeva, libero Asiyat Abuyeva və hücumçu Xanım Cəlilova ilə 1 illik yeni müqavilə bağlanıb.
Onlardan başqa, Aişə Alismanova da yeni mövsümdən “Azərreyl”in formasını geyinəcək. Gənclər komandasından cəlb olunan 15 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalanıb.