Millimiz final oyununa çıxır

Millimiz final oyununa çıxır

Qızlardan ibarət basketbol üzrə U-16 milli komandamız Andorrada keçirilən Avropa çempionatının “C” divizionunda bu gün final görüşünə çıxacaq.

MediaSport.az xəbər verir ki, yarımfinalda Gürcüstan yığması üzərində əmzkar qələbə (74:72) qazanan xanımlarımız həlledici matçda Albaniya basketbolçuları ilə qarşılaşacaqlar.

Qeyd edək ki, komandamız qrupda bütün oyunlarını qələbə ilə başa vurub. Final matçı Bakı vaxtilə saat 21:30 -da baş tutacaq və FİBA -nın rəsmi yutub hesabından canlı yayımlanacaq.