20 idmançımız paralimpiadaya lisenziya yarışında iştirak edəcək

20 idmançımız paralimpiadaya lisenziya yarışında iştirak edəcək

Azərbaycan paralimpiyaçıları Böyük Britaniyanın Birmingem şəhərində keçiriləcək Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) Dünya Oyunlarında iştirak edəcəklər.

mediasport.az xəbər verir ki, avqustun 18-dən 27-dək davam edəcək yarış “Paris-2024” 17-ci Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıracaq.

Ölkəmiz burada 20 idmançı ilə təmsil olunacaq. İdmançılarımız cüdo (16 idmançı) və şahmat (4 idmançı) növlərində mübarizə aparacaqlar.

Reytinq xalları “Paris-2024” Yay Paralimpiya Oyunlarının proqramına daxil edilmiş cüdo idman növünə şamil olunur.