Kevin Medinadan təzə XƏBƏR
UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun "Molde" ilə səfər oyununda zədələnən "Qarabağ"ın müdafiəçisi Kevin Medina Bakıya qayıdıb.
Mediasport.az xəbər verir ki, 31 yaşlı cənubi amerikalı hələlik fitnes və bərpa məşqləri edəcək.
Sağ budundan əməliyyat olunan kolumbiyalı futbolçu toplu və kollektiv məşqlərə təxminən 1 aydan sonra qoşulacaq.
Dekabrın əvvəlində əməliyyat edilən Medina ümumilikdə 4 aya yaxın futboldan uzaq qalacaq.