"Bakcell Arena"nın adı dəyişdirildi - "Beşiktaş"la oyunun yeri dəqiqləşdi

"Bakcell Arena"nın adı dəyişdirildi - "Beşiktaş"la oyunun yeri dəqiqləşdi

AFFA ilə "Bakcell" şirkəti arasında müqavilə əsasında "Bakcell Arena" adlandırılan 8-ci kilometr stadionuna yen ad verilib.

mediasport.az xəbər verir ki, bu barədə məlumatı "Neftçi"nin prezidenti Fərrux Mahmudov paylaşıb.

Klub rəsmisi bildirib ki, stadion bundan sonra "Neftçi Arena" adlandırılacaq.

Mahmudov Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Beşiktaş"la ev görüşünün də azarkeşlərin xahişi əsasında burada keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, arenanın fasad reklamları yaxın zamanda dəyişdiriləcək.

Qeyd edək ki, AFFA ilə "Bakcell" şirkəti arasında stadionun titul sponsorluğuna dair anlaşmanın müddəti bu yaxınlarda başa çatıb.

Qeyd edək ki, 2012-ci il sentyabrın 14-də açılışi olan və 11000 azarkeş tutumuna malik stadionda qısa müddətdə demontaj və montaj işləri aparılacaq.