Mahir Emreli 73 dəqiqə oynadı, "Nürnberq" qolsuz heç-heçə etdi

Mahir Emreli 73 dəqiqə oynadı, "Nürnberq" qolsuz heç-heçə etdi

"Nürnberq" Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin forvardı Mahir Emrelinin komandası "Kayzerslautern"lə oyunda xal itirib (0:0).

Yığmamızın hücumçusu 73-cü dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu bu qarşılaşmaya qədər ardıcıl 4 oyunda qol müəllifi olmuşdu.

O, 2-ci Bundesliqada 3, Almaniya kubokunda isə 1 dəfə fərqlənmişdi.

Xatırladaq ki, "Nürnberq" turnir cədvəlində 18 xalla 6-ci pillədə qərarlaşıb.