"Qarabağ"ın qapıçısı Rusiya milli komandasına dəvət alıb
Futbol üzrə Rusiya milli komandasının Kuba yığması ilə yoldaşlıq oyunu üçün ilkin heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Valeri Karpinin dəvət göndərdiyi 29 futbolçu arasında “Qarabağ”ın qapıçısı Andrey Lunyov da var.
Lunyovdan əlavə, qapıçılardan "Kransodar"dan Matvey Safonov, Moskva "Lokomotiv"indən İlya Lantratov və "Pari"dən Artuq Niqmatullin də düşərgəyə cəlb olunub.
"23-lük" təlim-məşq toplanışından sonra müəyyənləşəcək.
32 yaşlı qolkiper Rusiya seçməsinə sonuncu dəfə 2021-ci ildə çağırılıb, lakin ehtiyatda qalıb.
Rusiya – Kuba görüşü noyabrın 20-də keçiriləcək.