AFFA-da UEFA-nın “D” kateqoriyalı məşqçi kurslarına start verilib

AFFA-da UEFA-nın “D” kateqoriyalı məşqçi kurslarına start verilib

AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına start verilib.

Mediasport.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən kurslara 25 nəfər cəlb olunub.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıb.

Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Dəyanət Əliyev tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.

Qeyd edək ki, kurs 3 gün davam edəcək.