Paraqvaylı futbolçu 3-cü dönəm Azərbaycanda oynayacaq - RƏSMİ
“Zirə” Sezar Meza Kollini heyətinə qatıb.
Mediasport.az xəbər verir ki, paraqvaylı futbolçu ilə müqavilə cari mövsümün sonuna qədər olan müddəti əhatə edir.
33 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ "Zirə"yə məxsusdur.
Qeyd edək ki, 2016/17 mövsümündə qəsəbə klubunda oynamış futbolçu ölkəmizdə “Şamaxı” ("İnter" və "Keşlə") və “Neftçi”, İtaliyanın “Çezena”, “Pavia”, İspaniyanın “Alaves”, Rumıniyanın “Universitatya Krayova" və Səudiyyə Ərəbistanının “Ohod” klublarında çıxış edib.