Azərbaycanlı futbolçuların komandaları bu həftə nə etdilər?

Azərbaycanlı futbolçuların komandaları bu həftə nə etdilər?

Dünya və Avropanın daxili çempionatlarında çıxış edən azərbaycanlı futbolçuların komandaları növbəti oyunlarını keçiriblər.

mediasport.az xəbər verir ki, Latviya çempionatında oynayan Ramin Nəsirli ilə Nazim Həsənzadənin şərəfini qoruduğu “Dauqavpils”, həmçinin Niderlandın 2-ci liqasında forma geyinən milli üzvümüz Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" növbəti matçına çıxıb.

Ozanın komandası Niderland Erediviziyasına çıxmaq uğrunda görüşdə "Almere Siti"yə iki oyunun nəticəsinə görə (1:0, 1:3) məğlub olmaqla mübarizəni dayandırıb. Yığmamızın üzvü 90-cı dəqiqədə meydana çıxıb və 30 dəqiqəlik əlavə vaxtda oynamaq imkanı olub.

Nazimlə Raminin komandası isə Latviya liqasının 15-ci turu çərçivəsində evdə “Yelqava” ilə qarşılaşıb və 5:2 hesablı qələbəyə sevinib. Nazim bu oyunun iştirakçısı olmayıb, Ramin isə 89-cu şans qazanıb.