"Bavariya"ya məxsus futbolçu "Qarabağ"la oyun haqda danışıb
"Sabah səhv etsək, bunu düzəldə bilməyəcəyimizi bilirik".
Mediasport.az xəbər verir ki, bu sözləri Almaniyanın "Bayer" klubunda icarə əsasında çıxış edən Yosip Stanişiç deyib.
Müqavilə ilə "Bavariya"ya məxsus futbolçu UEFA Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ"la cavab görüşündən öncə keçirilən mətbuat konfransında iştirak edib.
23 yaşlı xorvatiyalı müdafiəçi görüşə yaxşı hazırlaşdıqlarını vurğulayıb:
"Hər oyuna yaxşı motivasiya olunaraq çıxırıq. Biz hər şeyin yaxşı olacağına ümid edirik. Sabahkı görüş üçün nikbinik. Rəqiblərimizin zəif olduğunu heç vaxt düşünmürük. İlk matç bizim üçün olduqca çətin keçdi. "Qarabağ" bizə çətinlik yaşada bildi. Onlar xüsusilə ilk hissədə güclü olan tərəf idilər. Sabahkı matçda qələbə üçün əlimizdən gələni edəcəyik.
Özümə gəlincə, mövsümün əvvəlki ilə müqayisədə, indi daha çox oynayıram. Komandaya artıq uyğunlaşmışam. Biz bir komandayıq, geniş heyətimiz var. Belə olmasaydı, hər üç yarışda mübarizə aparmazdıq".
Qeyd edək ki, matç sabah Bakı vaxtilə saat 00:00-da başlanacaq.