AFFA və PFL rəhbərliyi Ramiz Mustafayevlə görüş keçirib

AFFA və PFL rəhbərliyi Ramiz Mustafayevlə görüş keçirib

Peşəkar Futbol Liqasında AFFA nümayəndəsi, bu il 70 illik yubileyini qeyd etmiş Ramiz Mustafayevlə görüş keçirilib.

Mediasport.az xəbər verir ki, mərasimdə AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL prezidenti Elxan Səmədov, icraçı- direktor Zaur Hacı-Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.

AFFA nümayəndəsi kimi fəaliyyətini yekunlaşdıran Ramiz bəyə xidmətlərinə görə təşəkkür edilib və ona hədiyyələr təqdim olunub.