"Qarabağ"ın oyununa biletin qiyməti 35 manatdan başlayır

"Qarabağ"ın oyununa biletin qiyməti 35 manatdan başlayır

Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində oktyabrın 5-də "Hekken"in qonağı olacaq "Qarabağ"ın oyununa biletlər satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, Göteborq klubu biletlərin qiymətini sektor və kateqoriyadan asılı olaraq 230-415 İsveç kronu (təxminən 35-65 AZN) arasında müəyyənləşdirib.

Qarşılaşma “Ullevi” stadionunda keçiriləcək və Bakı vaxtilə saat 23:00-da başlanacaq.