"Bayer" Bakıda birbaşa oyuna çıxacaq - UEFA-dan XÜSUSİ İCAZƏ
UEfA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi “Bayer” “Qarabağ”la oyunöncəsi Bakıda məşq etməyəcək.
Mediasport.az xəbər verir ki, Almaniya Bundesliqasının lideri bununla əlaqədar UEFA-dan xüsusi icazə alıb.
Qrupda keçirdiyi 3 oyuna maksimum xal toplayan Leverkuzen təmsilçisi paytaxtımıza matçdan 1 gün öncə axşam saatlarında təşrif buyuracaq.
Bakıda "əczaçılar"ın baş məşqçisi Şabi Alonsonun mətbuat konfransı da təşkil olunmayacaq.
Azərbaycan çempionunun son məşqi isə noybarın 8-də qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Məşqdən öncə Qurban Qurbanov media nümayəndələri qarşısına çıxacaq.
Noyabrın 9-da baş tutacaq görüş saat 21:45-də start götürəcək.