"Qarabağ" Londonda tıxaca düşdü - Oyun 35 dəqiqə gec başlanacaq
UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda baş tutacaq “Tottenhem” (İngiltərə) – "Qarabağ" matçı gözlənilən vaxtdan gec oynanılacaq.
Mediasport.az xəbər verir ki, buna səbəb Londonda yaşanan tıxac problemidir.
Görüş Bakı vaxtilə saat 23:35-də başlanacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürməli idi.