"Qarabağ"ın rəqibi cəzalandırıldı: Borclarını ödəyə bilməsələr...
"Qarabağ"ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi "Olimpik" (Lion) cari mövsümün sonunda Liqa 1-dən uzaqlaşdırıla bilər.
Mediasport.az xəbər verir ki, buna səbəb klubun maliyyə problemləridir.
Artıq qış transfer pəncərəsində transfer qadağası ilə cəzalandırılan klub maliyyə vəziyyəti yaxşılaşdıra, borclarını ödəyə bilməsə, cari mövsümün sonunda tutduğu mövqedən asılı olmayaraq, 2-ci Liqaya göndəriləcək.
"Olimpik" hazırda 11 oyundan sonra 18 xalla ölkə çempionatının turnir cədvəlində beşinci pillədə qərarlaşıb.
Xatırladaq ki, "Qarabağ"ın Fransa klubu ilə matçı noyabrın 28-də, Tofiq Bəhramov adlna Respublika Stadionunda baş tutacaq.