"Bayer" "Qarabağ"la oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib
UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq Almaniyanın "Bayer" klubu Ağdam təmsilçisi ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Mediasport.az xəbər verir ki, leverkuzenlilərin baş məşqçisi Şabi Alonso siyahıya 31 futbolçunun adını daxil edib.
Qapıçılar: Lukas Hradeçki, Matey Kovar, Niklas Lomb, Yesper Şliç, Luka Novodomski;
Müdafiəçilər: Yosip Stanişiç, Pyero İnkapye, Conatan Ta, Odilon Kossunou, Edmond Tapsoba, Artur, Alexandro Qrimaldo, Ceremi Frimponq, Daniel Lanq;
Yarımmüdafiəçilər: Yonas Hofmann, Robert Andrix, Florian Virts, Ezekyel Palasios, Qustavo Puerto, Qranit Caka, Frankis Onyeka, Enes Yılmaz, Ayman Aurir;
Hücumçular: Borxa İqlesias, Patrik Şik, Natan Tella, Amin Adli, Viktor Bonifase, Adam Hlozek, Ken İzekor, Noa Peş.
Qeyd edək ki, Azərbaycan çempionunun almanlarla görüşləri martın 7-də Bakıda, 15-də səfərdə olacaq.