"Bayer"in baş məşqçisi "Qarabağ"la oyun haqda: "Matça tam hazırıq"
UEFA Avropa Liqası 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində martın 14-də keçiriləcək "Bayer" - "Qarabağ" matçından əvvəl mətbuat konfransı baş tutub.
Mediasport.az xəbər verir ki, Almaniya kubunun baş məşqçisi Şabi Alonso sabahkı qarşılaşma barədə fikirlərini bildirib.
İspaniyalı mütəxəssis onları çətin görüşün gözlədiyini deyib. Alonso bildirib ki, doğma meydanda yaxşı oyun nümayiş etdirmək fikrindədirlər:
"Komanda yaxşı istirahət edib. Sabahkı matça hazırıq, bacardığımızı edəcəyik ki, azarkeşlərimiz üçün yaxşı oyun olsun. Yüksək performans göstərməyə çalışacağıq. Hər oyuna diqqət etməliyik. Sabah "Volfsburq"la matçda olduğu kimi oynamayacağıq. Bizim üçün intensiz mərhələ başlayır".
Qeyd edək ki, Leverkuzendə oynanılacaq matç sabah Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Komandalar ötən həftə Bakıda 2:2 hesablı heç-heçə ediblər.