"Rövnəq Abdullayev barədə müsbət fikirdəyəm" - Alman mütəxəssis

"Rövnəq Abdullayev barədə müsbət fikirdəyəm" - Alman mütəxəssis

"Rövnəq Abdullayev barədə müsbət fikirdəyəm. Onunla işləmək həqiqətən xoş idi".

Mediasport.az xəbər verir ki, bu sözləri "Report"a müsahibəsində AFFA-nın keçmiş (2008/2020) texniki direktoru Bernard Lippert deyib.

Almaniyalı mütəxəssis AFFA prezidenti Rövnəq Abdullayevin növbəti seçkilərdə namizəd olmayacağı ilə fikirlərini bölüşərkən bunları qeyd edib:

"Uzun müddət birlikdə çalışmaq imkanı qazandığımıza görə Rövnəq Abdullayevə minnətdaram".

Qeyd edək ki, Lippert 2009-2014-cü illər aralığında Azərbaycan millisinin baş məşqçisi olmuş məşhur həmyerlisi Berti Foqtsun köməkçisi postunu tutub.

2009-2014-cü illərdə isə U-21 yığmamıza baş məşqçilik edib.