"Qələbə hər zaman xoşdur - Çatışmayan cəhətlərimiz çoxdur"
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində növbəti duelə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışı keçir.
Mediasport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv hazırlıq çərçivəsində Latviya yığması ilə qüvvəsini sınayıb.
"Dalğa Arena"da baş tutan matçda 1:0 hesablı qələbə qazanan millimizin çalışdırıcısı görüşdən sonra hazırlıq barədə açıqlama verib.
Mütəxəssis əsas məqsədlərinin bütün futbolçuları yoxlamaq olduğunu deyib:
"Bilirsiz ki, yoldaşlıq xarakterli matç idi. Ukrayna ilə oyunöncəsi imkan yarandı ki, bir çox futbolçulara şans verək. Qapıçı ilə birlikdə 11 oyunçunu əvəzldik. İlk hissədə yaratdığımız qol vəziyyətlərindən istifadə edə bilsəydik, uşaqların daha çox oynamaları üçün əvəzetmələri tez reallaşdırardıq. Ümumən qələbə hər zaman xoşdur. Çatışmayan cəhətlərimiz çoxdur".
Qeyd edək ki, U-21 noyabrın 21-də AÇ-nin seçmə mərhələsi çərçivəsində İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq və oyun Bakı vaxtilə saat 22:00-da başlanacaq.