"Beşiktaş"da gözlənilməz ayrılıq: İsmael istefaya göndərildi!
Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
mediasport.az xəbər verir ki, "Beşiktaş" Valerien İsmaellə yollarını ayırıb.
Məlumatı "NTV Spor" telekanalı yayıb. İstanbul təmsilçisinin 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdiyi deyilir. "Qara qartallar" fransalı məşqçiyə 450 min avro təzminat ödəyəcək.
Valerien İsmael İstanbul klubunu bu ilin martından çalışdırırdı. Komanda 11 turdan sonra 19 xalla Superliqada 5-ci pillədə gedir.