"Beşiktaş" "Neftçi"yə qarşı millimizin keçmiş futbolçusunu sifariş etdi
Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"yə rəqib olacaq “Beşiktaş” görüşlər üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
mediasport.az xəbər verir ki, Azərbaycanın U-19 millisinin sabiq futbolçusu Berkay Vardar 8 nəfərlik B siyahısında yer alıb.
Baş məşqçi Şenol Şünəş 20 yaşlı yarımmüdafiəçinin xidmətindən də istifadə edə bilər. Avqustun 10-da Bakıda, 17-də isə İstanbulda baş tutacaq qarşılaşmalar üçün "qara qartallar"ın düşərgəsində ümumilikdə 5 qapıçı, 8 müdafiəçi, 13 yarımmüdafiəçi və 7 hücumçu olacaq.
Əsas futbolçulardan Artur Masuaku "Tirana" ilə cavab matçında qırmızı vərəqə aldığı üçün "Neftçi" ilə ilk matçda komandasına kömək edə bilməyəcək.
Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 63. Emir Yaşar, 94. Göktuğ Baytekin, 97. Utku Yuvakuran.
Müdafiəçilər: 3. Françisko Montero, 4. Onur Bulut, 6. Omar Kolli, 12. Daniel Emerti, 24. Valentin Rozye, 26. Artur Masuaku, 60. Aytuğ Kömeç, 77. Umut Meraş.
Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kərəm Kesgin, 18. Raşid Gezzal, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 22. Berkay Vardar, 23. Kartal Yılmaz, 27. Emirhan Delibaş, 41. Oğuzhan Akgün, 71. Cin Onana, 83. Gedson Fernandeş, 99. Emrecan Bulut.
Hücumçular: 7. Ante Rebiç, 9. Cenk Tosun, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 62. Azad Dəmir, 64. Mustafa Həkimoğlu, 90. Semih Kılıçsoy
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın U-19 yığmasının heyətində 3 oyun keçirən Berkay Vardar 2022-ci ildə Türkiyənin U-21 millisinə çağırılıb və 2 yoxlama matçlarında meydana çıxıb.