"Neftçi" bu transferi BİTİRDİ!

"Neftçi" bu transferi BİTİRDİ!

"Neftçi" daha bir futbolçunun keçdini həll edib.

mediasport.az xəbər verir ki, paytaxt klubu Paraqvayın "Quayrena" klubundan Dieqo Qabriel Valdes Samudio ilə bütün detallarda razılaşıb.

Artıq Bakıya yola düşən 29 yaşlı hücumameylli yarımmüdafiəçi ilə uzağı sabah rəsmi müqavilə imzalanacaq.

Cənubi amerikalı futbolçu ailəsi ilə vida fotosunu sosial şəbəkə hesabında paylaşıb, "tezliklə görüşərik" qeydinə Azərbaycan bayrağını əlavə edib.

2019-cu ldə Paraqvay millisinə dəvət almış Samudio daha əvvəl ölkəsinin "San Lorenso", "Sol de Amerika" və "Quarani", həmçinin "San Luis" (Meksika) klublarında çıxış edib.