"Neftçi"nin milli futbolçusu: "Hələ ki, alınmır, nəticələr xoşagəlməzdir"
Sankt-Peterburq şəhərində olan "Neftçi"nin müdafiəçisi Solomon Kverkveliya Rusiya mətbuatına açıqlama verib.
MediaSport.az xəbər verir ki, Gürcüstan yığmasının müdafiəçisi komandasının "PARI Matç Kubok" turniri çərçivəsində "Zenit" (1:3) və "Srvena Zvezda"dan (0:4) aldığı məğlubiyyətlər barədə danışıb.
31 yaşlı futbolçu turnir və Rusiyaya yenidən qayıda biləcəyi barədə sualları cavablandırıb: "Çox yaxşı turnirdir. Burada çox güclü klublar iştirak edirlər. Bizim üçün təlim-məşq toplanışı kimidir. Doğrudur, hələ ki, alınmır, nəticələr xoşagəlməzdir. Rusiyaya qayıtmaq? Bilmirəm, cavab vermək çətindir".
Qeyd edək ki, Solomon Rusiyada "Rubin", "Nefteximik", "Lokomotiv" və "Rotor"da çıxış edib.