"Qarabağ" ÇL-də 2-ci təsnifatı darmadağınla keçdi - Ağdam klubu minimum KL qrupunu təmin etdi
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları start götürüb.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Bakıda meydana çıxıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ötən həftə səfərdə 2:0 hesabı ilə məğlub etdiyi Cəbəllütariq təmsilçisi “Linkoln”la qarşılaşıb.
Ağdam klubu ÇL-də mərhələ adlamaqla minimum Avropa Konfrans Liqasının qrup mərhələinə vəsiqəni təmin edib.
“Köhlən atlar” ÇL-in 3-cü təsnifatında “Ludoqores” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.
Bolqarıstan komandası ilk görüşdə 2:0 hesablı qələbəyə sevinib.
UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunu
"Qarabağ" (Azərbaycan) - "Linkoln" (Cəbəllütariq) 5:0
Qol: Olavio Juninyo, 17, 31, 44, Yassin Benzia, 66, Leandro Andrade, 72.
Hakimlər: Yakob Sandberq, Deniz Yurdakul, Viktor Skitte, Yakob Karlsen (Danimarka).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. İlk oyun - 2:0.