"Nazir paltardəyişmə otağına gəldi və söz verdi ki, daha da yaxşı olacaq"

"Nazir paltardəyişmə otağına gəldi və söz verdi ki, daha da yaxşı olacaq"

MOİK futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qarabağ"a məğlub olub.

Mediasport.az xəbər verir ki, "ordu klubu" Xankəndi şəhərində keçirilən tarixi oyunda ağdamlılara minimal hesabla uduzub - 0:1.

"Hərbçilər"in baş məşqçisi Qəzənfər Abbasov matçsonrası mətbuat konfransında görüş haqda fikirlərini bildirib, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu cür tarixi torpaqlarımızda belə oyunun keçirilməsinə görə ali baş komandanımıza, ordu klubu olduğumuz üçün rəhbərliyimizə minnətdaram. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərə Allah şəfa versin. "Qarabağ"ın gücü, futbolçuların səviyyəsi bəllidir. Əlimizdən gələni etməyə çalışdıq. Futbolçularıma təşəkkür edirəm, bacardıqlarını etdilər.

Oyundan sonra Qurban Qurbanovla nə danışdız?

- Məni gözəl oyuna görə təbrik etdi. Biz dünən Qurban müəllimlə söhbət edəndə dedik ki, MOİK olaraq "Qarabağ"a qarşı oynayırıq. Dedik ki, çalışıb, gözəl futbol göstərək. Oyundan sonra da gözəl futbola görə təbrik etdi.

Bildiyimiz qədəri ilə Müdafiə Nazirliyi əksər vaxt komandanın elitaya çıxmasında maraqlı olmayıb. Bu gün prezident İlham Əliyevin şəxsən sizinlə və futbolçularla görüşməyi yaxın zamanda Premyer Liqaya yüksəlməyiniz üçün əlavə motivasiya ola bilər?

- Bəli, inşallah, komanda I Liqada çempion olsun, Premyer Liqada mübarizə aparacağıq. 

Premyer Liqaya qayıtsanız, oyunları Xankəndidə keçirmək istərdiz?

- Bəli, amma bu, mənim verəcəyim qərar deyil. Xankəndidə oynasaq, başqa olar.

Ev oyunlarınızı Xankəndidə keçirəcəyinizlə bağlı məumat yayıb. 

- Məndə belə məlumat yoxdur. İstərdik ki, tarixi torpağımızda komandamız olsun. MOİK olsa, lap yaxşı. Belə torpaqda MOİK-ə rəhbərlik etmək, burada işləmək şərəf olar.

Komandanız çətinliklərə baxmayaraq, I Liqada liderdir. Bugünkü matç rəhbərliyin kluba diqqətini, qayğısını artırmağa təkan ola bilər?

- Görüşdən əvvəl Müdafiə Nazirliyinin rəsmiləri, cənab nazir paltardəyişmə otağına gəldi və söz verdi ki, hər şey yaxşı olacaq. Bu qayğının 2-3 qat artacağını bildirdi. Diqqəti hər zaman hiss edirik. Bundan da artığına söz veriblər.

Elvin